Qubada ata qızını boğaraq öldürdü
Oktyabrın 31-də saat 21 radələrində Quba rayonu, Barlı kənd sakini 1991-ci il təvəllüdlü İmanquliyeva Zeynəb Məhərrəm qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Quba rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası İmanquliyev Məhərrəm Nəsir oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə boğaraq Zeynəb İmanquliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhərrəm İmanquliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Ovçular maralı boğaraq öldürdü -
Son Xeberler
Ata beşaylıq qızını öldürdü
Xəbər Anı
İtburnu yığan ana və qızını ildırım vuraraq öldürd...
Son Xeberler
Arvadı qəzada ölən erməni beş yaşlı qızına rəhm et...
Son Xeberler
Ürəyinə yaxın yerdə qəlpə olan qazi BU QIZLA NİŞAN...
Son Xeberler
Qardaş bacısını kəndirlə boğaraq öldürdü
Son Xeberler