Qazaxıstanın paytaxtı Nur-Sultanda şəhər rəhbərliyi COVID-19 infeksiyası ilə mübarizə aparan həkimlərə maraqlı jest edib.
“RİA Novosti” xəbər verir ki, şəhərdə yerləşən körpülərdən birinin divarlarında koronavirus infeksiyası ilə mübarizə aparan həkimlərin fotoları asılıb.
Layihənin ideyası fotoqraf Ruslan Mazuninə aiddir. O hesab edir ki, fotolarda əks olunan həkimlərin üzündəki təbəssüm keçiddən istifadə edən piyadalara ümid və pozitivlik bəxş edəcək.