🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ramin Bayramlı hansı vaksini vurduracaq?

22.12.2020 18:24 367 baxış sayı 2 dəq. oxuma
Ramin Bayramlı hansı vaksini vurduracaq?

“Mən vaksin mütləq vurduracam. Vaksinin nəticəsinə inanıram”.

Bunu TƏBİB sədri Ramin Bayramlı “Mir Şahini vaxtı”na açıqlamasında deyib. O istifadə edəcəyi vaksin növünü də açıqlayıb:

“Vaksinasiya strategiyasına uyğun olarsa, valideynlərimə də, ailə üzvlərimə də peyvənd vurduracam. Hansı vaksinə gəlincə, mən şəxsi qənaətimi deyirəm: inaktiv vaksindən istifadə edəcəm.

Çünki inaktiv vaksinlər artıq illərdir ki, sınaqdan çıxıb. Bu əsla digər vaksinlərin effektivliyini kölgə altına salmaq kimi qiymətləndirilməməlidir. Ancaq daha çox əmin olmaq var. Daha çox əmin olduğumuz həmin bu inaktiv vaksinlərdir. Hansı ki təbii yolla çoxaldılır və virus tam öldürülür, kimyəvi maddəyə çevrilir və insan orqanizminə yeridilir. Məhz bu baxımdan təhlükəsizliyindən tam əmin olduğum inaktiv vaksindən istifadə edəcəm”.

Paylaş: