🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB sədri koronaviruslu xəstələrin problemini araşdırıb

18.06.2020 06:56 502 baxış sayı 2 dəq. oxuma
TƏBİB sədri koronaviruslu xəstələrin problemini araşdırıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı ATU Tədris Terapevtik Klinikasında olub. 

Universitetdən verilən məlumata görə, Ramin Bayramlı Klinikada koronavirusdan müalicə alan xəstələr üçün yaradılmış şəraitlə tanış olub. 

Eyni zamanda pandemiya ilə mübarizədə aktiv iştirak edən ATU Tədris Terapevtik Klinikasının problemləri ilə maraqlanıb. Ramin Bayramlı həmçinin klinikanın laboratoriyalarında olub, buradakı vəziyyətlə tanış olub, çatışmazlıqlarla maraqlanıb.

ATU-nun Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev R.Bayramlını mövcud durum, xəstələrin müalicəsinin təşkili, həkimlər və tibb personalının vəziyyəti, üzləşdikləri çətinliklər haqqında məlumatlandırıb. O bildirib ki, klinikanın rəhbərliyi və əməkdaşları ölkəmizdə koronavirusla mübarizə sahəsində dövlət səviyyəsində aparılan işlərə dəstək verir, bu savaşda qalib çıxmaq, xəstələrin həyatını xilas etmək üçün əllərindən gələni edirlər.

Ümumilikdə ATU Tədris Terapevtik Klinikasının COVID-19 pandemiyası ilə mübarizədə klinikanın gördüyü işləri müsbət qiymətləndirilib.

Paylaş: