🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Rəsulzadənin fotosu olan maskanı taxdığı üçün saxlanılıb? - DİN-dən AÇIQLAMA

27.06.2020 08:22 509 baxış sayı 2 dəq. oxuma
Rəsulzadənin fotosu olan maskanı taxdığı üçün saxlanılıb? -
Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığı bildirilən şəxslə bağlı açıqlama verib.
 
Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, vətəndaş Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması yalan məlumatdır:
 
"Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki, gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?
Onun saxlanma səbəbinə gəlincə isə, Cavid Məmmədzadə xüsusi karantin rejimi qaydalarını pozduğuna və bu zaman polisin qanuni tələbinə tabeçilik göstərmədiyini görə saxlanılıb. O, küçədə gəzərkən polis əməkdaşları tərəfindən icazəsinin olub-olmaması yoxlanılıb. Bu zaman məlum olub ki, icazənin müddəti saat yarım əvvəl başa çatıb. Bu barədə ona irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşıb çıxıb getmək istəyib, onu dayanmağa dəvət etsələr də, bu əmrə tabe olmayıb. Buna görə də Cavid Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib".
Paylaş: