Səbinə Əliyeva ermənilərin Gəncədə dağıtdığı yerlərdə - FOTO
Ombudsman Səbinə Əliyeva növbəti faktaraşdırıcı missiya həyata keçirmək, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində insan hüquqlarının pozulmasına dair faktları araşdırmaq və həqiqətləri beynəlxalq təşkilatlara çatdırmaq məqsədilə ağır artilleriya atəşinə məruz qalan Gəncə şəhərinə səfər edib.
Monitorinq səfəri çərçivəsində Ombudsman ağır artilleriya atəşi nəticəsində dağılmış, ciddi ziyan dəymiş mülki evlərə, tarixi-mədəni abidələrə, iri ticarət mərkəzlərinə və digər ictimai obyektlərə baş çəkməklə araşdırma aparıb. Müvəkkil Ermənistan silahlı qüvvələrinin mülki əhalinin sıx yaşadığı əraziləri atəşə tutması nəticəsində yaralanmış şəxslərlə, habelə zərərçəkmiş şəhər sakinləri ilə görüşüb.
Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşi nəticəsində dağıntılara məruz qalmış Gəncə şəhərində davam etdirilən faktaraşdırıcı missiyanın nəticələrinə dair hesabat da beynəlxalq təşkilatlara təqdim ediləcək.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri müharibə cinayətlərini davam etdirərək 4 oktyabr 2020-ci il tarixdən başlayaraq münaqişə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan, əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan Respublikasının ərazisindən ağır artilleriya və raket atəşinə tutub.
Oxşar xəbərlər
Ombudsman Gəncədə yaralılara baş çəkdi
Son Xeberler
Ombudsman Aparatında İlber Ortaylı ilə Görüş: Tari...
Bugun.az
Ombudsman Tovuzda monitorinq aparan zaman ermənilə...
Son Xeberler
Gəncədə birgə faktaraşdırıcı missiya həyata keçiri...
Son Xeberler
Səbinə Əliyevadan fəaliyyətini dondurması xəbərlər...
Son Xeberler
İlber Ortaylı Ombudsmanla Görüşdü
Bugun.az