Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Yeni tədris ilinin başlamasına 1 aydan az vaxt qalıb. Bu gün hər kəsi düşündürən məsələ dərslərin hansı formada keçiriləcəyidir. Qeyd edək ki, bir neçə gün öncə Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir. Ənənəvi və qarışıq. Yəni Birinci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir. İkinci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini nəzərdə tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Sentyabrın 15-dən dərslərin hansı formada keçirilməsi nəzərdə tutulur? Yeni tədris ili ilə bağlı hansı qaydalar hazırlanır?
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, bununla bağlı qərarları Operativ Qərargah verəcək:
"Bizim tərəfimizdən yalnız lazım olan sənədlər hazırlana bilər. Brifinqdə səsləndirildiyi kimi bu və digər məsələlər Operativ Qərargah tərəfindən müzakirə olunur. Bütün təkliflər barəsində araşdırılır. İstənilən halda qərarları gözləmək lazımdır”. (konkret.az)
Oxşar xəbərlər
Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər b...
Son Xeberler
Fənn olimpiadalarının hansı formada keçiriləcəyi m...
Son Xeberler
Yeni tədris ilində dərslər çox güman belə keçirilə...
Son Xeberler
Bəzi məktəblərdə əyani dərslər həftədə 3 gün keçir...
Son Xeberler
Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərp...
Son Xeberler
Şagirdlər məktəbə neçə gün gedəcək? - I
Son Xeberler