Sentyabrın 8-dən kafe-restoranlar bu qaydalarla işləyəcək
Sentyabrın 8-dən Azərbaycanda ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilməsi qaydası açıqlanıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 8-i saat 00:00-dan yumşalma ilə bağlı qərarında qeyd edilib.
Belə ki, ictimai iaşə obyektlərinin daxilində xidmət göstərilən zaman aşağıdakı hallara nəzər yetiriləcək:
- Koronovirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan iki dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır;
- İctimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə onların açıq hava sahələrində oturacaqların ara məsafəsi eyni masa arxasında bir metrdən, masalararası məsafələr isə iki metrdən az olmamalıdır;
- Hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir;
- İctimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur;
- İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur;
- İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.
Etiketlər
Oxşar xəbərlər
Kafe və restoranlar saat 22-dək işləyəcək
Son Xeberler
Bakıda kafe və restoranlar açılışa hazırlaşır -
Son Xeberler
Kafe və restoranlar bu tarixdə açıla bilər -
Son Xeberler
Azərbaycanda restoranlar bu tarixdə açılır
Son Xeberler
Kafe-restoranlar, rayonlara gediş-gəlişlə bağlı qə...
Son Xeberler
Nazirlər Kabinetindən kafe və restoranların fəaliy...
Son Xeberler