Son Xeberler
9 abunə
Separatçı ordu Qarabağdan çıxarılır? - Paşinyan İCLAS ÇAĞIRDI
03.02.2021 05:43
368 baxış sayı
2 dəq. oxuma
Ermənistan Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasında sədrlik edib.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
"Görüş zamanı Ermənistan və Qarabağ ətrafındakı vəziyyət, humanitar problemlər və təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib”, - açıqlamada qeyd olunub.
İclasda 2020-ci il noyabrın 10-da və bu il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilmiş anlaşmaların icrası məsələsi müzakirə edilib.
Qeyd edək ki, iclasdan əvvəl Ermənistan mediasında Qarabağdakı erməni silahlı birləşmələrinin tərksilah edilməsi barədə məlumatlar yayılıb. İddiaya görə, Paşinyan müdafiə naziri Vaqarşak Arutyunyan, Xankəndindəki separatçıların başçısı Araik Arutyunyanla separatçı ordusunun buraxılmasını razılaşdırıb. Baş nazirin bu məqsədlə Təhlükəsizlik Şurasının iclasını çağıracağı deyilmişdi. Lakin sözügedən iclasda hansı qərarın verildiyi hələlik bəlli deyil. /Teleqraf
Oxşar xəbərlər
Paşinyan TƏCİLİ İCLAS KEÇİRDİ: Separatçı ordu Qara...
Son Xeberler
931
03/02 08:52
Ermənilər Qarabağdan çıxarılır, azərbaycanlılar ge...
Son Xeberler
1,064
01/02 08:06
Xankəndində Azərbaycan bayrağı... - Ermənilər ŞOKD...
Son Xeberler
2,243
05/02 17:32
Fransa qəzeti Dağlıq Qarabağdan yazdı
Son Xeberler
364
23/10 12:08
Ovannisyan Qarabağdan qaçan ermənilərə müraciət et...
Son Xeberler
960
17/10 07:50
“Ermənilər onsuz da terror təşkilatları kimi vuruş...
Son Xeberler
422
13/10 13:12