Sergey Şoyqunun qızı federasiya prezidenti seçildi

05.12.2020 11:16 481 baxış sayı 1 dəq. oxuma
Sergey Şoyqunun qızı federasiya prezidenti seçildi

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu Rusiya Triatlon Federasiyasının yeni prezidenti seçilib.

Kseniya bu posta yeganə namizəd olub və onun namizədliyi RTF-nin keçmiş rəhbəri Pyotr İvanov tərəfindən irəli sürülüb. İvanov özü isə noyabrın 30-da Ümumrusiya Yüngül Atletika Federasiyasının prezidenti seçilib.

Qeyd edək ki, Kseniya Şoyqunun 29 yaşı var. O, eyni zamanda “Qazprombank”ın İdarə heyətinin sədr müavininin müşaviri vəzifəsini icra edir.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: