“Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT
“Sərhədsiz reportyorlar” qeyri-hökumət təşkilatı Fransanın “TF 1” televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzərindən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham edildiyini bəyan edib.
22 oktyabr tarixində “TF 1” kanalında “Saat 20” verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ separatist regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra jurnalist və böyük reportyor Liseron Budul Fransanın erməni icması tərəfindən feysbuk və tvitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajların hədəfinə çevrilib və onu “genosid törədənlərin fahişəsi” kimi qələmə veriblər.
Eyni zamanda jurnalistin telefon nömrəsi əldə edildikdən sonra votsap üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.
Oktyarın əvvəli digər iki fransız jurnalisti də Dağlıq Qarabağ münaqişəsi haqqında dərc etdikləri məqalələrdən sonra internet üzərindən erməni icmasının təhdidləri ilə üzləşiblər.
“Sərhədsiz reportyorlar”ın Balkanlar bürosunun rəhbəri Pavol Szalai Liseron Budul və “TF1”ə qarşı olan təzyiqləri qətiyyətlə pisləyir. Münaqişə və cəbhə xəttindən yerindəcə reportaj hazırlamış hər hansı bir jurnalistin və medianın bununla bağlı narahat edilməsi qəbuledilməzdir. Bundan başqa, Fransa erməniləri təşkilatlarının kordinasiyası şurasının həmsədri Frank Papazyanı, mətbuat azadlığına qarşı işlənmiş kobud hücuma qarşı eyhamlı danışıqları pisləməyə çağırırıq”, - deyə təşkilatın açıqlamasında bildirilir.
Belə ki, feysbuk üzərindən yayımlanan reportaj haqqında “dezinformasiyaya bənzəyir” fikri yayımlanıb. Digər şərhlərdə isə belə mesajlarla qarşılaşırıq : “Ola bilər ki, “TF 1”in bir neçə işçisinin başı kəsildikdən sonra daha yaxşı və aydın düşünər”.
Ertəsi gün reportajın yayımından sonra Fransada yaşayan erməni icması münaqişədə inad göstərən tərəf kimi kanalın binası qarşısında etiraz aksiyası keçiriblər.
Xatırladaq ki, “TF 1” bir neçə gün öncə erməni cəbhəsindən iki ölkə arasındakı münaqişədən bəhs edən reportaj hazırlamışdı. Nəhayət, kanal gərginliyi azaltmaq üçün Liseron Budulun reportajını öz saytından silib.
Oxşar xəbərlər
“Azad mediaya bu cür hücumları şiddətlə qınayırıq”...
Son Xeberler
“Laçın dəhlizi vasitəsilə keçən yolu Ermənistan ba...
Son Xeberler
“Ermənilər mənə minlərlə təhdid mesajı göndərib” -...
Son Xeberler
Gürcüstan MSK-nın İşçiləri Təhdid Edilir
Bugun.az
Azərbaycanlı Londonun mer postu uğrunda mübarizə a...
Son Xeberler
Soydaşlarımız Praqadakı səfirliyinin önündə erməni...
Son Xeberler