Son Xeberler
9 abunə
Sevil Əliyevadan Vaqif Mustafayevin vəzifədən çıxarılması haqda açıqlama
06.02.2021 12:01
450 baxış sayı
3 dəq. oxuma
"Space" telekanalının qurucusu, Azərbaycan Prezidenti İlham Əliyevin bacısı Sevil Əliyeva Vaqif Mustafayevin sözügedən kanalın rəhbərliyindən uzaqlaşdırılması ilə bağlı açıqlama verib.
O bu barədə "Haqqın.az" saytına danışıb. Qeyd edib ki, son zamanlar "Space" TV-nin fəaliyyəti onu da narahat edib. Və V. Mustafayev kanalı özü tərk etməyib, təsisçinin hüququ ilə şəxsən vəzifəsindən azad edilib:
"Həqiqət budur ki, "Space"in fəaliyyəti, verdiyi məzmun son vaxtlar ciddi narahatlığa səbəb olub. Mən əsasən xaricdə yaşayıram və yalnız Bakıya səfərlərim zamanı kanalın verilişlərini izləmişəm. Ancaq etiraf etməliyəm ki, medianın səhifələrində bəzən çıxan çoxsaylı şikayətlər, sərt tənqidlər tamamilə haqlıdır. Son illərdə kanalın və verilişlərinin səviyyəsi həddən artıq aşağı səviyyədədir. Qeyri-peşəkarlıq və keyfiyyətsizlikdən qəzəblənən izləyicilərin fikirlərini tamamilə bölüşürəm".
S. Əliyeva bildirib ki, kanalı quran zaman belə olacağını gözləməyib: "Bütün bunlar Vaqif Mustafayevin "Space"in rəhbəri vəzifəsindən istefaya göndərilməsinə səbəb oldu. Digər tərəfdən, televiziya kanallarının rəhbərlərinin özlərini prezident adlandırması məni bir qədər narahat edir. Heç bir ölkədə belə bir təcrübə yoxdur. "Prezident" sözünü dəyərdən sala bilməzsiniz".
Oxşar xəbərlər
Space TV-nin rəhbəri kim olacaq? -
Son Xeberler
523
09/02 13:50
Teymur Mustafayevin ailə üzvlərinin test nəticələr...
Şou Xəbər
572
19/06 12:45
Sevil Sevinc bacıları efirə qayıtdı
Şou Xəbər
513
25/09 18:37
"Space" TV-nin prezidenti istefa VERDİ
Son Xeberler
728
05/02 18:08
Boşanma xəbərləri yalan çıxdı
İdman Xəbər
565
14/06 11:09
Bakıda havadan gələn qoxu hamını
Son Xeberler
646
06/07 17:56