SON DƏQİQƏ: İşdən çıxarılan icra başçısı VƏFAT ETDİ - FOTO
Ismayıllı Rayon İcra Hakimiyyətinin sabiq başçısı "Şöhrət" ordenli, iqtisad elmləri doktoru, professor Mirdaməd Mirsadıq oğlu Sadıqov vəfat edib.
Bir neçə ay əvvəl işdən çıxarılan M.Sadqov xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, M.Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. O, 1957-1967-ci ilərdə Lahıc qəsəbə orta məktəbində, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda təhsil alıb. Sadıqov 1971-ci ildə həmin institutun maliyyə-statistika fakültəsini əla qiymətlərlə bitirib.
Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə başlamış və Azərbaycan Xalq Təsərrüfatı İnstitutun Maliyyə-Kredit kafedrasına işə qəbul olunmuşdur. O, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referat, 1972-1977-ci illərdə laborant və baş laborant vəzifələrini icra etmişdir. Mirdaməd Sadıqov 1973-1977-ci illərdə həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.
M.Sadıqov 2 noyabr 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi seçilmiş və 10 sentyabr 1982-ci ilədək bu vəzifədə çalışmışdır. O, 10 sentyabr 1982-ci il tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə icra etmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-ə qədər həmin vəzifələrdə fəaliyyət göstərmişdir.
8 iyul 1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təyin edilən Mirdaməd Sadıqov 1992-ci ilə qədər bu vəzifəni icra etmişdir. Daha sonra texnikumun Azərbaycan Maliyyə-İqtisad Kollecinə çevrilməsi ilə əlaqədar 8 aprel 1992-ci ildən 27 iyul 1999-cu ilədək kollecin direktoru vəzifəsində çalışmışdır. Mirdaməd Sadıqov 1993-cü ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür. Eyni zamanda 1996-cı ildən Azərbaycanda ilk dəfə yaradılmış Heydər Əliyev İqtisadi İdarəetmə Məktəbinin icraçı direktorudur.
Mirdaməd Sadıqov 1997-ci ildə Dünya Bankının dəstəyi ilə İtaliya Respublikasının Turin şəhərində "Təhsil meneceri" sahəsində ixtisasartırma kursu keçmişdir. 27 iyul 1999-cu ildən 6 may 2000-ci ilədək Bakı şəhəri Nəsimi rayonu üzrə Vergilər İdarəsinin rəisi vəzifəsini icra etmişdir. O, 6 may 2000-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad İnstitutuna prorektor vəzifəsinə təyin edilmişdir.
Mirdaməd Sadıqov 2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin xətti ilə Vyana şəhərində ixtisasartırma və təcrübə mübadiləsində iştirak etmişdir. 2000-ci ildən 2007-ci ilə qədər Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Həmçinin o, 2004-cü ildə "Azərbaycan Respublikasının Maliyyə potensialının formalaşması problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycanda bu sahədə doktor adı almış ilk şəxslərdən biri olmuşdur. 2005-ci il Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə 86 saylı İsmayıllı Seçki Dairəsindən YAP Mərkəzi Şurasının vahid namizədi kimi irəli sürülmüşdür. 2007-ci ildən 2008-ci il noyabr ayının 21-dək Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi Siyasəti və Vergi Qanunvericiliyi Strateji Araşdırmalar Mərkəzinin Baş İdarə rəisi vəzifəsində çalışmışdır.
Mirdaməd Sadıqov 21 noyabr 2008-ci ildən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir. 14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin vəzifədən azad edilmişdir.
14 fevral 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mirdaməd Mirsadıq oğlu Sadıqov İsmayıllı rayonu İcra hakimiyyətinin başçısı təyin edilmişdir. 5 mart 2020-ci ildə vəzifədən azad edilib.
Mirdaməd Sadıqov respublikada iqtisadiyyat, maliyyə və vergi problemləri ilə bağlı 200-dən çox elmi məqalənin, həmçinin 10 dərslik, 8 dərs vəsaiti və 9 monoqrafiyanın müəllifidir. Onun məqalələrinin bir qismi xarici ölkələrdə dərc edilmişdir.//Publika.az
Oxşar xəbərlər
Bakıda icra hakimiyyətinin şöbə müdiri vəfat etdi
Son Xeberler
İşdən çıxarılan İcra başçısı danışdı
Son Xeberler
Azərbaycanda yüksək vəzifəli məmur qəfil vəfat etd...
Son Xeberler
Lənkəran Şəhər İcra Hakimiyyətinin Əməkdaşı Vəfat...
Bugun.az
İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu...
SON Xəbər
İcra başçısının müavini koronavirusdan vəfat etdi
Son Xeberler