SON DƏQİQƏ! İranda dəhşət: Ordu silahdan istifadə edir - Çox sayda ölü və yaralı var
İranın Pakistanla sərhəddə yerləşən Saravan rayonunda təşkil edilən etiraz aksiyaları zamanı qarşıdurma baş verib.
Ordunun nümayişçilərə müdaxiləsi nəticəsində azı 10 nəfər həyatını itirib. Çox sayda yaralı var. Qeyd edək ki, qanunsuz benzin ticarəti ilə məşğul olan çox sayda insan iki gündür İran-Pakistan sərhədində gözləyir. Onlar sərhəd qapılarının açılmasını tələb edir. Lakin sərhədçilərin tələbi geri çevirməsi gərginliyə yol açıb. Hərbçilər odlu silahdan istifadə edib. Bölgədə gərginlik davam edir.
Qeyd edək ki, yeni qanuna əsasən sərhəd bölgələrində benzin satışını yalnız İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri həyata keçirə bilər.
Oxşar xəbərlər
İranda son sutkada 85 nəfər koronavirusdan ölüb
Son Xeberler
İranda son sutkada virusdan ölənlərin sayı artdı
Son Xeberler
İranda daha 216 nəfər pandemiyanın qurbanı oldu
Son Xeberler
İranda ötən sutkada 118 nəfər koronavirusdan ölüb
Son Xeberler
İranda daha 216 nəfər pandemiyanın qurbanı oldu
Son Xeberler
İranda son sutkada koronavirusdan 71 nəfər ölüb
Son Xeberler