Sosial şəbəkələrdə şikayət edilməsi düşmən dəyirmanına su tökmək deməkdir
"Son zamanlar səfərbərlikdən xidmətə çağırılmış və Vətən müharibəsindən sonra tərxis edilmiş vətəndaşlarımızın bəziləri öz müraciətlərini sosial şəbəkələr vasitəsilə edirlər. Həmin müraciətlər anonim olduğundan biz onlara köməklik edə bilmirik”.
Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
“Həmin şəxslərə bir daha xatırladırıq ki, onları narahat edən hər hansı məsələlərin həlli üçün Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzindəki komissiyaya yazılı və şifahi formada müraciət etmələri kifayət edir.
Sosial şəbəkələrdə yayılan bu məlumatlar Müzəffər Azərbaycan Ordusunun nüfuzuna xələl gətirir.
Eyni zamanda bu, düşmən dəyirmanına su tökmək deməkdir”, - deyə nazirlik rəsmisi bildirib.
Oxşar xəbərlər
"Barselona" UEFA-ya Arda Güler Barədə Şikayət Etdi
Son Xeberler
Ermənilərin saxta səhifələrini müəyyən etmək üçün...
Son Xeberler
Nəcməddin Sadıkovla bağlı
Son Xeberler
Tərtər və Tovuzdan əhali çıxarılır?
Son Xeberler
Aşıq Ədalətin həkim gəlininə töhmət verildi -
Son Xeberler
Bakının vurulması yalandır -
Son Xeberler