🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Sosial şəbəkələrdə yayılan video ilə bağlı - DİN-dən açıqlama

19.11.2020 10:55 536 baxış sayı 2 dəq. oxuma
Sosial şəbəkələrdə yayılan video ilə bağlı -

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılmış videosüjetlə bağlı açıqlama yayıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan  bildirilib ki, bəzi sosial şəbəkələrdə yayılmış videosüjetdə İmişli Rayon Polis Şöbəsinin fəaliyyətinə dair səsləndirilən iddialar əsassızdır və böhtan xarakteri daşıyır.

“Belə ki, İmişli rayon sakini Zakir Uğurluyev sentyabr ayının 3-də RPŞ-yə ərizə ilə müraciət edərək həmyerlisi Elməddin Əliyevin şantaj edərək ondan 8000 manat məbləğində pul tələb etməsi barədə məlumat verib.

Məlumatla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayətin əlamətlərinə dair kifayət qədər dəlillər olduğu müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabr ayının 15-də E.Əliyev 6000 manat pulu Z.Uğurluyevdən alarkən polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib.

Araşdrımalar zamanı E.Əliyev İmişli rayonunun Otuziki kəndində yerləşən “Mal-qara” bazarında mobil telefon vasitəsi ilə çəkərək “Youtube” sosial şəbəkəsinə yerləşdirdiyi videogörüntüləri silmək üçün “Mal-qara” bazarının idarə heyətinin üzvü Z.Uğurluyevdən şantaj edərək 8000 manat tələb etdiyi məlum olub. Faktla bağlı E.Əliyevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunub, barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib”, - deyə məlumatda vurğulanıb.

Paylaş: