Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baku TV-nin verdiyi məlumata görə, Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsi ərazisində “Volkswagen” markalı avtomobil “Mercedes” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində 37 yaşlı Taleh Əhmədov hadisə yerində ölüb, üç nəfər isə xəsarət alıb.
Yaralılardan Mayıl Şükürovun vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. Digər iki nəfərin xəsarətləri yüngül olub. İlkin tibbi müayinədən sonra evə buraxılıblar.
Hadisə yerinə Dövlət Yol Polisi Şöbəsinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları cəlb olunub. Qəzaya yüksək sürət həddinin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.