Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər - RƏSMİ

22.12.2020 13:33 559 baxış sayı 3 dəq. oxuma
Sürücülər bu halda avtobus zolağından istifadə edə bilər -

Sürücülər sərnişinlərin minib düşməsi üçün avtobus zolağından istifadə edə bilər.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, sürücülər bunu o zaman edə bilər ki, həmin yerdə başqa qadağanedici nişan yoxdur.

"Əgər avtobus zolağı qırıq-qırıq nişanlanma xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa digər nəqliyyat vasitələri aşağıdakı hallarda həmin zolaqdan istifadə edə bilər:

Sağa dönərkən (müvafiq kənar vəziyyət tutmaq üçün);

Sağa döndükdən sonra döndüyü yolun sağ kənarına yaxın hərəkət etmək üçün (lakin döndükdən dərhal sonra zolağı tərk eləməlidir);

Başqa qadağalar yoxdursa sərnişinlərin minməsi və düşməsi üçün. Başqa məqsədlər üçün avtobus zolağında nəqliyyat vasitəsi hərəkətsiz vəziyyətə gətirilə bilməz".

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: