🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB-dən koronavirusa yoluxan həkimlərlə bağlı AÇIQLAMA

08.08.2020 08:51 482 baxış sayı 2 dəq. oxuma
TƏBİB-dən koronavirusa yoluxan həkimlərlə bağlı

“Həkimlər bilavasitə xəstə ilə ünsiyyətdə olduqları üçün xəstəliyi ağır keçirirlər. Ona görə, çalışırıq ki, onların müalicəsinə diqqət edək. Həkimlərin müalicəsi TƏBİB və dövlət rəhbərliyi tərəfindən diqqətdə saxlanılır”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, onlar ön cəbhədə duran insanlardır:

“Koronavirusa yoluxmuş, həyatını itirən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir. Bunların içərisində məhz xüsusi rejimli xəstəxanalarda çalışan işçilərin sayı az olub”.

O qeyd edib ki, koronavirusa yoluxma hallarının əksəriyyəti digər xəstəxanalarda çalışan və təcili yardım çağırışına gedən həkimlər arasında olub.

Etiketlər

Paylaş: