🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB rəsmisi: "Koronavirusun mutasiyası baş verir"

20.06.2020 07:54 492 baxış sayı 2 dəq. oxuma
TƏBİB rəsmisi: "Koronavirusun mutasiyası baş verir"
"Bugünkü gündə bizim gördüyümüz COVİD pozitiv xəstələrimiz mart-aprel aylarında gördüyümüz xəstələrdən çox-çox fərqlənir. Virusun mutasiyasından biz çox danışmışıq. Virusun mutasiyası baş verir və baş verməkdə davam edir".

Bunu Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bu gecədən (21 iyun saat 00:00-dan) xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı KİV nümayəndələri üçün brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdiri koronavirusun mutasiya edərək daha da ağırlaşdığını qeyd edib:

"Bugünkü gündə gördüyümüz xəstəlik daha ağırdır. Demək olar ki, asimptomatik dediyimiz xəstələri çox az görürük. Yenə də qeyd edirəm, bu, artıq yaşdan asılı deyil. Çox orta yaşlı, hətta cavan yaşlı xəstələrimizdə çox ciddi fəsadlarla keçən resperatur xəstəlik görürük, iki tərəfli pnevmaniyalar görürük".

Paylaş: