
                                    
                                        Son Xeberler
                                    
                                    
                                                    
                                        
                                            
                                            9 abunə
                                        
                                    
                                Təhsil Nazirliyi tələbələrə müraciət etdi
                        
                            
                            03.12.2020 15:22
                        
                        
                            
                            836 baxış sayı
                        
                        
                            
                            3 dəq. oxuma
                        
                                            
                                            
Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək.
 
 
 
Bu barədə  nazirlikdən bildirilib. Qeyd olunub ki, 2020/2021-ci tədris ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr bu tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.
Xatırladaq ki, Təhsil Nazirliyi sentyabrın 30-dan https://e-telebe.edu.az elektron portalı vasitəsilə cari tədris ilində ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin təhsil müəssisələrində elektron qeydiyyatına və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu aktivləşdirib.
Son iki ay ərzində 2020-2021-ci tədris ili üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi məqsədilə sosial həssas əhali qrupuna aid edilən 23 236 tələbə e-telebe.edu.az portalına müraciət edib. Onlardan 13 862 nəfərin ödənişi ali təhsil müəssisələrinə artıq ödənilib, 1384 nəfərin müraciəti üzrə isə hazırda müvafiq ali təhsil müəssisələri ilə birgə iş aparılır.
                                        O
                                    
                                
                                Regional siyasət müxbiri
                                    
                                    
                                                                            Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Təhsil Nazirliyi tələbələrə müraciət etdi
Son Xeberler
                                        
                                            
                                            330
                                        
                                        
                                            
                                            07/12 09:39
                                        
                                    
                                
Təhsil Nazirliyi vaxtı uzatdı
Son Xeberler
                                        
                                            
                                            472
                                        
                                        
                                            
                                            01/12 08:21
                                        
                                    
                                
Bu universitetdən Türkiyə və Pakistandan olan tələ...
Son Xeberler
                                        
                                            
                                            607
                                        
                                        
                                            
                                            07/11 06:30
                                        
                                    
                                
Təhsil naziri sabahkı brifinqin anonsunu etdi
Son Xeberler
                                        
                                            
                                            489
                                        
                                        
                                            
                                            21/01 10:56
                                        
                                    
                                
Peşə təhsili üzrə sənəd qəbulu yekunlaşır
Son Xeberler
                                        
                                            
                                            506
                                        
                                        
                                            
                                            14/09 05:33
                                        
                                    
                                
43 mindən çox uşaq I sinfə elektron qeydiyyatdan k...
Son Xeberler
                                        
                                            
                                            580
                                        
                                        
                                            
                                            12/06 06:55
                                        
                                    
                                 
                                        

