Tərtərdə əl qumbarası tapılıb
İyunun 13-ü saat 09:58-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 10:03-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonu, Çaylı kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Tərtər Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Tərtər Rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə Tərtər çayının sahilinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd partladıcısı (UZRQM) üzərində olan F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbarasının ətrafında 400 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Oxşar xəbərlər
Bakıda əl qumbarası tapıldı -
Son Xeberler
Tərtərdə mülki şəxs minaya düşdü
Son Xeberler
Daha 22 erməni hərbçinin meyiti tapıldı
Son Xeberler
Bakıda 27 gündür itkin düşən azyaşlı qız GÖRÜN HAR...
Son Xeberler
Sabirabadda Kürdə batan şəxsin meyiti tapılıb
Son Xeberler
Azərbaycanda sabiq icra başçısının oğlunun meyiti...
Xəbər Anı