“Tik-tok”da narkotik qəbulunu təbliğ edənlər ələ keçdi -
"Tik-tok” sosial şəbəkəsində "Maya” və "Banu” adları ilə qeydiyyatdan keçərək narkotik vasitələrin qəbulunu təbliq edən videolar yayan şəxslər saxlanılıblar.
Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Tik-tok” sosial şəbəkəsində müxtəlif profillər açaraq, narkotik vasitələrin qəbulunu təbliq edən videolar yayan və buna görə guya polis əməkdaşlarının onları cəzalandırmadığını bildirən şəxslər saxlanılıblar.Baş Narkotiklərlə Mübarizə İdarəsi, Səbail RPİ-nin 39-cu və Nərimanov RPİ-nin 17-ci Polis Bölmələrinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər - sosial şəbəkələrdə "Maya” və "Banu” adları ilə qeydiyyatdan keçən Murad Kərimov və Həbib Şahniyarov saxlanılıblar. Həmin şəxslər ifadələrində qeyd edilən sosial şəbəkədə narkotik vasitələrin qəbulunu təbliğ etdiklərini etiraf ediblər.
Murad Kərimov və Həbib Şahniyarov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb və onlar inzibati qaydada cəzalandırılıblar.
Etiketlər
Oxşar xəbərlər
"Tik-Tok"da narkotiki təbliğ edən şəxs saxlanıldı...
Son Xeberler
“Instagram”da narkotiki təbliğ edən şəxs həbs olun...
Son Xeberler
Təhsil Nazirliyi “Virtual məktəb”lə bağlı statisti...
Son Xeberler
Müştərilərimizin ofisdə qəbulunu müvəqqəti olaraq...
Sayt.az
Gəncədə 40 min manatlıq narkotik ələ keçirilib
Son Xeberler
Azərbaycanda internetdə narkotik satanlardan 131 k...
Son Xeberler