🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Tovuzdakı təxribatdan sonra dövlət qurumlarına tapşırıqlar verilib” - Prezidentin köməkçisi

21.07.2020 08:45 455 baxış sayı 5 dəq. oxuma
“Tovuzdakı təxribatdan sonra dövlət qurumlarına tapşırıqlar verilib” -

“Tovuz istiqamətində təxribatdan dərhal sonra aidiyyəti dövlət qurumlarına zəruri tapşırıqlar verilib”.

Bunu mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, məsələyə Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclasında Prezident İham Əliyev tərəfindən tam qiymət verilib: “Hadisələrdən əvvəl Ermənistan yeni irticaçı doktrina qəbul edib. Bu, Ermənistanın təxribat törədəcəyinə dəlalət edirdi. Ermənistanda yeni Milli Təhlükəsizlik Strategiyası qəbul edilib. İyulun 12-də Tovuz istiqamətində postumuza qəfil artilleriya zərbəsi endirilib. Ermənistan UAZ avtomobilinin postlarına yaxınlaşdığını iddia edir. Bu, əsassızdır. Azərbaycanın Ermənistanla Tovuz istiqamətində sərhəddə hər hansı hərbi məqsədi yoxdur. Azərbaycanın Ermənistanla həmin sərhədində nəzarətin ordudan Sərhəd Qoşunlarına verilməsinə hazırlıq görülür. Bu, Ermənistanın əvvəlcədən planlaşdırdığı hərbi təcavüzdür”.


 

Paylaş: