Türk əsgərlərinin olduğu əraziyə dəhşətli hücum edildi - Xeyli sayda ölü və yaralı var
Dünya
Somalidə Türkiyəyə məxsus şirkətin işçilərinə qarşı terror hücumu olub.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində biri Türkiyə vətəndaşı olmaqla 4 nəfər ölüb, daha 4 türk isə yaralanıb.
Türkiyənin Xarici İşlər Nazirliyi Somalinin Moqadiş-Afqoye avtomobil yolunun tikintisi ilə məşğul olan türk şirkətində çalışanları hədəf alan mənfur hücumu şiddətlə qınayıb, yaralananlara şəfa diləyib.
“Hadisə nəticəsində yaralanan 4 vətəndaşımızın sağlamlıq vəziyyətini yaxından izləyirik. Dost və qardaş Somali hökuməti və xalqının yanında olduğumuzu bir daha vurğulayırıq”.
Oxşar xəbərlər: