Türkiyə dənizçilərin xilas edilməsi üçün hərəkətə keçdi
Türkiyə rəsmiləri Nigeriya sahillərində "Mozart" gəmisinin dəniz quldurları tərəfindən qaçırılan heyət üzvlərinin tapılması istiqamətində fəaliyyətə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə gəminin dördüncü kapitanı Furkan Yaren arasında telefon danışığı olub. Ölkə rəhbərliyinə son vəziyyətlə bağlı məlumat verilib.
Hazırda gəminin Qabona doğru hərəkət etdiyi məlum olub.
Çavuşoğlu gəminin məxsus olduğu şirkətin rəhbəri Osman Levent Karsanla telefonla danışaraq qaçırılan dənizçilərin ən qısa zamanda evlərinə qaytarılması istiqamətində bütün imkanların səfərbər ediləcəyini bildirib.
Xatırladaq ki, ötən gün Türkiyə şirkətinə məxsus "Mozart" adlı yük gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.
Oxşar xəbərlər
Türkiyə vətəndaşları Azərbaycana bu sənədlərlə səf...
Son Xeberler
Bakıda səhnə musiqiçilərin üstünə aşdı -
Son Xeberler
ŞOK GƏLİŞMƏ: Sərhədlərlə bağlı gizli razılıq əldə...
Son Xeberler
Prezident Hulusi Akarı qəbul edir - FOTO
Son Xeberler
“Dənizçilər Poliklinikası”nın ləğv olunmasına başl...
Son Xeberler
4 gün sonra xilas edilən uşaq anasız qaldı
Son Xeberler