13.06.2020 21:45
6
abunə
486
Türkiyədə toylar belə keçiriləcək

Türkiyədə toy məclislərinin keçirilməsi ilə bağlı yeni qaydalar məlum olub.

Toy mərasimində bəy və gəlin daxil olmaqla, bütün qonaqlar tibbi maskada olmalıdır. Şənlik zamanı bir neçə nəfərin birlikdə ailə fotosu çəkdirməsinə icazə verilməyəcək. 

Mərasimlərin havalandırma sistemi olan məkanlarda, həmçinin açıq havada keçirilməsi tövsiyə olunur. 

Qaydalara əsasən, masalar arasında 1,5 metrlik ara məsafəsi tətbiq olunacaq. Toyda iştirak edəcən şəxslərin sayı zalın sahəsinə uyğun olaraq hesablanacaq. Zala daxil olan bütün qonaqların hərarəti ölçüləcək. 

Qeyd edək ki, Türkiyədə iyulun 1-dən toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine