''Uduzduq, çünki, döyüşmək üçün...''- Paşinyandan ŞOK AÇIQLAMA
Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, Azərbaycan ilə müharibədə (İkinci Qarabağ müharibəsi – Red) erməni tərəfinin məğlubiyyətinin səbəblərini başa düşmək lazımdır.
Bu barədə Nikol Paşinyan Ermənistanın "İctimai” televiziyasında müsahibəsində bildirib.
"Bu məğlubiyyətin səbəblərini başa düşmək çox vacibdir. Müharibə ilə bağlı bütün həqiqəti ortaya qoymağı özümə borc bilirəm”- Paşinyan bildirib.
"İki gün əvvəl könüllülərlə danışdım. Bir dəstə necə silah almağa çalışdıqlarını izah ediblər. Onlara silah verməkdən imtina edən konkret şəxsin adını çəkiblər. Silahlanmaq üçün anbar qapılarını sındırmağa məcbur olublar, anbarın silah və sursatla dolu olduğunu görüblər. Bu təsdiqlənərsə, bu məğlubiyyətin səbəblərindən biri ola bilər” deyə, o əlavə edib.
Paşinyan həmçinin, bu ifadələrin düzgünlüyünə tam inanmadığını deyib:
"Bir şeyə əmin olmalıyam: anbar dolu idi və insanlara silah verilmədi. Bu müharibə ilə bağlı bütün həqiqətlər açıqlanmalıdır. Bəlkə də nə isə düz deyilmir. Xüsusi adlar səslənir, bəlkə də yalandır, bilmirəm. Buna aydınlıq gətirilməlidir. Çünki, müxalifətlə əlaqəsi olan insanlar var”.(Report)
Oxşar xəbərlər
Tramp seçkidən əvvəl Putinlə görüşmək istəyir
Son Xeberler
Paşinyan məğlubiyyətini etiraf etdi -
Son Xeberler
Paşinyan döyüşmək üçün ermənilərə yalvarır
Son Xeberler
Putin Ərdoğanla görüşmək üçün Türkiyəyə gedəcək
Son Xeberler
Paşinyan qalmaqallı statusu ilə bağlı izahat vermə...
Son Xeberler
Saakaşviliyə Afinada hücum -
Son Xeberler