Tramp seçkidən əvvəl Putinlə görüşmək istəyir

16.08.2020 17:49 603 baxış sayı 2 dəq. oxuma
Tramp seçkidən əvvəl Putinlə görüşmək istəyir

​ABŞ Prezidenti Donald Tramp ölkəsində noyabr ayında keçiriləcək prezident seçkilərindən əvvəl rusiyalı həmkarı Vladimir Putinlə görüşmək istəyir.

Bu barədə NBC News telekanalı məlumat yayıb.

Bildirilib ki, Tramp administrasiyası görüş üçün bir neçə məkan və vaxtla bağlı müzakirələr aparır. Prezidentlərin görüşünün sentyabr ayında Nyu-Yorkda baş tutacağına dair iddialar da səsləndirilir. Hələlik bu məsələ barədə rəsmi açıqlama verilməyib.

Ehtimal olunur ki, belə bir görüşün keçirilməsində məqsəd nüvə silahlarına nəzarətə dair yeni danışıqların aparılmasıdır.

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: