🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Verilişdə birinci yeri tutan qadını oğlu öldürdü - VİDEO

26.01.2021 14:54 943 baxış sayı 2 dəq. oxuma
Verilişdə birinci yeri tutan qadını oğlu öldürdü - VİDEO

Oğul anasını və qardaşını öldürüb.

Dəhşətli qətl hadisəsi səhər saatlarında İstanbulda, Esenyurt səmtində baş verib.

Narkotik maddə asılısı olan oğul əvvəlcə qardaşını, sonra da anasını boğaraq öldürüb. O, ailə üzvlərini onlar yuxudaykən qətlə yetirib, öldürməzdən əvvəl onların ağzını "skoç"layıb.

Qatil U.B daha sonra polisə zəng edərək təslim olmaq istədiyini bildirib.

Cinayətin səbəbi məlum deyil.

Onun anasının bir müddət əvvəl yemək müsabiqələrinin təşkil olunduğu verilişdə birinci yerə çıxdığı məlum olub.

 

Paylaş: