
Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı

Koronavirus tədbirləri çərçivəsində 8 ay müddətinə xarici vətəndaşlar üçün dayandırılan ümrə ziyarətləri yenidən başlayıb.
Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Umrə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İndoneziya və Pakistandan gələn ziyarətçilər noyabrın 1-də ölkəyə çatıb və üç gün karantində qaldıqdan sonra Kəbəyə üz tutublar.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 4 oktyabr tarixindən ölkə vətəndaşları üçün ümrə ziyarətlərinə yenidən başlamışdı.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı 29 sentyabrda ümrə ziyarətləri üçün bəzi tədbirlərin görüləcəyini açıqlamışdı. Belə ki, koronavirus tədbirləri çərçivəsində Kəbə və Həcərül-Əsvədin ətrafına qoyulmuş barrikadaların orada qalmağa davam edəcəyi, ziyarətçilərin Kəbə və Həcərül- Əsvədə yaxınlaşmasına və onlara toxunmasına icazə verilməyəcəyi, həmçinin Kəbənin yerləşdiyi Məscidül-Həramın gündə 10 dəfə dezinfeksiya ediləcəyi bildirilmişdi.
Oxşar xəbərlər

Kəbədə zəvvar sayına görə rekord qeydə alındı
Bugun.az

Ceyhun Bayramov və Georgiev arasında təkbətək görü...
Bugun.az

Ceyhun Bayramovun İrana səfəri başladı
Son Xeberler

Qarabağdakı silahlı ermənilərin sonu gəlir - Prose...
Son Xeberler

Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərləri...
Bugun.az

"Qarabağ" - "Ayaks" oyunu başladı: Avropa Liqasınd...
Bugun.az