🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Son Xeberler
Son Xeberler
9 abunə
Bugun.az
Bugun.az
8 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Xəzərin səviyyəsinin azalması ilə bağlı RƏSMİ AÇIQLAMA

09.02.2021 14:45 317 baxış sayı 2 dəq. oxuma
Xəzərin səviyyəsinin azalması ilə bağlı

Son dövrlər Xəzər dənizinin səviyyəsi azalmağa doğru gedir”.

Bunu “Ekspert saatı”nda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.

O bildirib ki, bu tendensiya mütəmadi baş verir: “Bu, neçə yüz illər əvvəl də baş verib. Azalma və qalxmalar olub.

Həm də çaylarımızda su səviyyəsində azalmalar müşahidə olunur. Azərbaycanda 20 ildə çayların suyu 10-15 faiz azalıb.

Bu həm də Volqa, Ural çaylarına aid edilir. Bu azalmalar, digər hidroloji amillər Xəzər dənizinin də suyunun azalmasına gətirib çıxarır.

Hazırda bu, kritik vəziyyətə gətirib çıxarmayıb. Amma bu hal baş verir və hesab edirik ki, müəyyən dövrdən sonra vəziyyət stabilləşəcək. Proqnozlar göstərir ki, stabilləşmə mütəmadi baş verir. Bununla bağlı narahatedici amil görmürük”.

Paylaş: