“Yasa getdim, koronavirusa yoluxdum” - VİDEO
“Qohumumuz rəhmətə getmişdi, ora getdim və koronavirusa yoluxdum”.
Bu sözləri koronavirusa yoluxmuş 53 yaşlı Qərənfil adlı qadın REAL TV-nin xəstəxanadan hazırladığı reportajda deyib.
Koronavirusa yoluxmuş daha bir xəstə necə yoluxduğunu bilmədiyini söyləyib: "Bilmirəm, amma test verdim, nəticə pozitiv çıxdı. Yoluxan hazırda mənəm, əvvəlki vaxtlarda qaynatam yoluxmuşdu, artıq sağalıb”.
Digər xəstələr deyirlər ki, möhkəm ağrılar olur, temperaturları isə düşmür.
Kardiologiya şöbəsinin baş həkiminin dediyinə görə, birinci dalğadan sonra, ikinci dalğa ilə işləmək bizim üçün daha rahatdır: “Çünki bu xəstəliyi tanıyırıq, hansı düşmənlə üz-üzə olduğumuzu bilirik. Buna baxmayaraq, xəstə sayının artması bizi də narahat edir. Ağır xəstələrin də sayı çoxdur. Ona görə də insanlar bu virusu ciddiyə almalıdırlar. Daha çox ağır və orta ağır xəstələrimiz var”.
Həkim sağalmış şəxsin yenidən yoluxması halları ilə də qarşılaşdığını deyib:
“Nadir hallarda rastlaşmışıq ki, ikinci dəfə bu virusa, yəni təkrar yoluxub. Bura kardiologiya şöbəsi olmasına baxmayaraq, hal-hazırda Covid-19-a yoluxmuş xəstələr müalicə alır. Yanaşı xəstəlikləri olan xəstələr daha ağır keçirir. Əsasən də şəkərli diabet, gipertaniya olan xəstələr çox ciddi nəzarət altında saxlanılmalıdır”.
Oxşar xəbərlər
Məşhur müğənni koronavirusa yoluxdu -
Şou Xəbər
“O bayrağı dirəkdən endir, qoy cibinə”
Son Xeberler
Çavuşoğlu Azərbaycanı təbrik etdi
Son Xeberler
Azərbaycanlı müğənni koronavirusa yoluxdu
Son Xeberler
"Utanılası bir şey yoxdur" -
Son Xeberler
Yeni “Pensiya kalkulyatoru” e-xidməti hazırlanır
Son Xeberler