Yaşı 24-30 arasında olan kişilərin NƏZƏRİNƏ! - avqustun 15-nə qədər...
“Bakı Metropoliteni” QSC hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini həyata keçirir.
Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, ərizələr yalnız elektron qaydada və avqustun 15-nə qədər qəbul edilir.
Seçimdə iştirak etmək istəyən namizədə dair bir sıra tələblər irəli sürülüb. Belə ki, maşinist olmaq istəyən şəxslər yaşı 24-30 arasında, ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı və kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə) olmalıdır.
Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun gələn namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.
Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5–6 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.
Oxşar xəbərlər
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınlar...
Son Xeberler
Azərbaycanda idmanla məşğul olanların sayı
Son Xeberler
Bu qidalar ürəyi qocaldır
Tibbi məlumatlar
Karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurm...
Edumap.az Təhsil Portalı
Azərbaycanda qadınların pensiya yaşı artır
Son Xeberler
Azərbaycanda 131 yaşlı pensiyaçının yaşı yalan çıx...
Son Xeberler