“Zapravka”ya hücum edən maskalı şəxs saxlanıldı - FOTO
Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Nizami rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə RPİ-nə fevral ayının 22-də səhər saat 5 radələrində bir nəfər maskalı, naməlum şəxsin şəhər ərazisindəki yanacaqdoldurma məntəqələrindən (YDM) birinə basqın edərək, əlindəki bıçaqla YDM əməkdaşından pul tələb etməsi, istəyinə nail olmadıqda isə YDM-nə benzin tökərək yandırmağa cəhd etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən şəhər sakini, 28 yaşlı Ruslan Tağıyev maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib.
Dindirilmə zamanı törətdiyi cinayət hadisəsini etiraf edən R. Tağıyev barəsində ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Astarada evə basqın edən maskalı şəxslər saxlanıld...
Son Xeberler
Saxta Pul ilə Benzin Almağa Cəhd Edən Şəxs Saxlanı...
Son Xeberler
Bakıda avtomobil qaçıran şəxs saxlanıldı
Son Xeberler
Gürcüstan bankında girov götürülənlərin -
Son Xeberler
Bakıda oğurluq edən şəxs saxlanıldı
Son Xeberler
"Tik-Tok"da narkotiki təbliğ edən şəxs saxlanıldı...
Son Xeberler