🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Zəhərli Duman Corciyada Panikaya Səbəb Oldu

30.09.2024 09:47 55 baxış sayı 3 dəq. oxuma
Zəhərli Duman Corciyada Panikaya Səbəb Oldu

Amerika Birləşmiş Ştatlarının Corciya ştatındakı bir kimya fabrikasında baş verən yanğın, bölgədə ciddi narahatlığa səbəb olub. Fabrikadan qalxan rəngli dumanın insan sağlığına təhlükəli olduğu bildirilir. Yetkililər, bölgədə təxliyə əməliyyatları başladıblar.


Corciya Nəqliyyat Nazirliyinin sosial media hesabında paylaşılan məlumata görə, fabrikin yaxınlığındakı avtomobil yolları tamamilə bağlanıb. Bölgədəki mənbələr, yol bağlanması nəticəsində yaranan tıxac səbəbindən avtomobillərin geriyə hərəkət etmək məcburiyyətində qaldığını bildirirlər.


Yanğının baş verdiyi Rokdeyl qəsəbəsinin yanğınsöndürən briqadasının rəhbəri Marian Makdaniel, yanğının bazar günü səhər saatlarında, Konyers BioLab şirkətinə məxsus bir zavodda, su püşkürücüsünün nasazlığı nəticəsində baş verdiyini söyləyib.


Makdaniel, su ilə şiddətli reaksiyaya girən bəzi kimyasalların, nasaz püşkürücülərdən çıxan su ilə qarışaraq partladığını söyləyib. Makdaniel, zavodda hələ də işçilərin olduğunu, lakin heç kimin yaralanmadığını bildirib.


Yerli mənbələr, fabrikdən qalxan kimyasal dumanın 50 kilometr uzaqdan da görünə bildiyini bildiriblər. Makdaniel, "Zəhərli dumanı yaradan kimyanı zavoddankənara çıxarıb, nəzarətli şəkildə yandırıb bitirəndə, daha yaxşı vəziyyətdə olacağıq" deyib. Makdaniel, dumanın içində hansı kimyasalların olduğunu dəqiq bilmədiyini söyləyib.


Konyers BioLab şirkətinin nümayəndəsi, "Konyers şirkəti olaraq, Corciyadakı zavodumuzda baş verən hadisəyə aktiv olaraq müdaxilə edirik" deyib. Nümayəndə, "İşçilərimizdən heç kimin yaralanmadığı bildirilir. Komandamız hadisə yerində, vəziyyəti qiymətləndirmək və nəzarət altına almaq üçün ilkin kömək qrupları və yerli hakimiyyət orqanları ilə birlikdə çalışır" deyə əlavə edib.


Zavodun şimalındakı, Rokdeyl qəsəbəsinin şimal bölgəsində yaşayan insanlara təxliyə əmri verilib. Təxliyə əmrinə uyması mümkün olmayanların, pəncərələri və qapıları bağlayaraq evlərinə sığınmaları tövsiyə olunub. Bölgədəki polis şöbəsinin sözçüsü Kristin Nesbitt, 17.000 nəfər üçün təxliyə əmri verildiyini, lakin neçə nəfərin təxliyə əmrinə əməl etdiyini bilmədiyini söyləyib.


Bölgədə, xəstəxana və polis şöbələri istisna olmaqla, bütün ictimai binalar bağlanıb.


Paylaş: