🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Zəlzələdə ölən nəvəsinin adına bina tikdi 3 ailə üzvü də orada öldü

01.11.2020 13:22 395 baxış sayı 3 dəq. oxuma
Zəlzələdə ölən nəvəsinin adına bina tikdi

Oktyabrın 30-da İzmir şəhərində baş vermiş güclü zəlzələdən sonra bir neçə ailə faciəsi yaşanıb. 

Zəlzələ nəticəsində ən çox Əmrah və Rzabəy adlı iki bina zərər görüb. Hər iki bina Bayraqlı qəsəbəsində yerləşir.

Eyni məhəllədə yerləşməklərindən başqa da özəllikləri var: zəlzələyə qarşı dayanıqlı olmamaları. Binaların yerləşdiyi bölgə keçmişdə kartof və çuğundur tarlası olaraq istifadə edilib.

Məhəllə sakinlərinin sözlərinə görə, Əmrah binası 10 il öncə, Rzabəy isə 4 il əvvəl zəlzələyə qarşı yenidən gücləndirilib. Ancaq bu gücləndirmələr İzmirdə baş verən zəlzələdə ayaqda qalmaq üçün yetərli olmayıb.

Məlum olub ki, Əmrah binasını inşa edən podratçının adı Həyati Uzundur. O, 1992-ci ildə Ərzincan şəhərində baş vermiş zəlzələ əticəsində nəvəsi Əmrahı itirib. Hadisədən sonra İzmirə, Bayraqlı qəsəbəsinə gələrək onun adını əbədiləşdirmək üçün 1993-cü ildə 2 blok və 28 dairədən ibarət bina tikir və ona “Əmrah binası” adını verir. Özü də illərlə bu binanın idarəçisi kimi çalışıb, sonralar Didim qəsəbəsinə köçüb.

Həyati Uzun binadan köçsə də, podratçı olan oğlu Bora Uzun və ailəsi orada qalıb. Lakin zəlzələ Uzun ailəsinin izini İzmirdə də buraxmayıb. 30 oktyabrda baş verən 6.6 ballıq zəlzələ zamanı onun gəlini Rəbiə Uzun, öz adını daşıyan nəvəsi Həyati və digər adı açıqlanmayan nəvəsi həlak olur, oğlu Bora isə ağır yaralı olaraq dağıntılar altından çıxarılır.

17 yaşlı Həyati Uzunun dostları danışır: “Bundan öncə İzmirdə baş verən zəlzələ nəticəsində binaya zərər dəydiyini, liftin xarab olduğunu və bu binanın çökəcəyini demişdi.

Paylaş: