“Zəngəzurun itkisi yaxın gələcəyin məsələsi olacaq” - Erməni ekspertdən AÇIQLAMA

11.12.2020 15:16 560 baxış sayı 2 dəq. oxuma
“Zəngəzurun itkisi yaxın gələcəyin məsələsi olacaq” -

Erməni siyasi ekspert Varujan Qeğamyan Bakıda baş tutmuş hərbi parada və orada səslənmiş çıxışlara toxunub.

 Qeğamyanın sözlərinə görə, bu, azərbaycanlılara aid olan tədbirdir, qalib gəlmiş tərəfin öz xalqına xidmət edən nailiyyətlərini simvolizə edir və ağrılı şəkildə qeyd etmək lazımdır ki, məğlub olmuş tərəf Ermənistan dövlətidir.

O qeyd edib ki, Ermənistan cəmiyyətinin bir hissəsi hələ Qarabağın təxminən 80 faizinin artıq itirildiyini dərk etməməyə davam edir, bütün Ermənistanın gələcək mövcudluğu təhlükə altındadır.
“Layiqli əks-zərbə olmasa, Sünikin (Zəngəzur) itkisi yaxın gələcəyin məsələsi olacaq”, - deyə Varujan Qeğamyan bildirib.(Ordu.az)

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: