Tolik canlı efirdə ağladı: "Bacımın günahı yoxdur ki, onun qardaşıyam”
Atama deyirəm ki, istəsəm, ildə bir dəfə özümə toy edərəm. Amma ailəni bir dəfə qurarlar. 41 yaşım var. İstəyirəm ki, ailə quracağım xanım məni Tolik kimi qəbul etsin. Onu rahat evdə qoyub, işlərimin arxasınca gedə bilim. Deyirlər ki, niyə bayquşsan? Cavab olaraq söyləyirəm ki, bir dostum var, o da jurnalist dostumuz İsadır. İstəmirəm, toy edib, üç gündən sonra boşanım. Ad olsun ki, Tolik özünə toy etdi”.
Bunu məşhur prodüser Tarix Əliyev (Tolik) ATV telekanalında yayımlanan “Zaurla Günaydın” proqramında ailəsi ilə birgə qonaq olarkən deyib.
O, onu və ailəsini sosial şəbəkələrdə tənqid və təhqir edən izləyicilərə etiraz dolu ismarıclar ünvanlayıb:
“İki bacım var. Biri Almaniyada yaşayır, biri də Bakıda. Sabah onun qapısı döyülüb, elçi gələcək. Beş il əvvəl etdiyim səhvləri təkrarlamaq istəmirəm. Çalışıram, səhvlərimin üstünü örtüm. Hər bir insanın eybi var. Bacım universitetə gedəndə, istəmirəm, arxasınca desinlər ki, bunun qardaşı qalmaqallı və davakardır. Yaxşı mənada dəyişmək istəyirəm.
Nəsə danışıram, sonra sosial mediaya yayılır. Oturub ağlayıram. Bacımın günahı yoxdur ki, onun qardaşıyam. İstəmirəm, mənə görə bacımın ünvanına söz gəlsin. Çünki bacı namus, qeyrətdir. Səhvim ola bilər, lakin istəmərəm ki, söhbətə ailəmi qatsınlar. Atam istəməzdi ki, onun oğlu şou-biznesə gəlib, qalmaqallı olsun. Səhvlərimi unutdurmaq istəyirəm (ağlayır).
Dilim acı ola bilər. Fikirləşmədən ağır söz deyə bilərəm. Lakin bacımı da fikirləşirəm. Bilsəm ki, kimsə ona güldən ağır söz deyib, özümü öldürərəm. Çünki o, depressiyaya düşə bilər. Bacımın nə günahı var ki, onun qardaşı Tolik şou-biznesdədir? Mən pis insan deyiləm. Tamaşaçıların müğənnilərin daxili aləmindən xəbəri yoxdur. Ona görə çox əsəbiləşirəm. Çünki ömrü boyu kamera önündə maskalanırlar.
Məni yandıran budur. Biz incəsənət nümayəndələrini qınamayın. Nə edim ki, avara olmamışam. Qohumlarım yas, toy edəndə məni çağırmasınlar. Küçədə qaldığım vaxtlarda atamın dayısı arvadının hamamında yatmışam.
Sonradan Ceyranın (Tarix Əliyevin atasının ikinci həyat yoldaşı) evində qalmışam. O qadın məni öz yanına götürüb. Məni Tolik olandan sonra qəbul etmək lazım deyil. O zaman çətin anlarımda lazım idi mənə dayaq durmaq. İndi mənə yiyə duranlar çoxdur. Tarix olduğum zaman mənə yiyə çıxardılar, Tolik kimi yox. Ata, səndən xahiş edirəm ki, məndən qohumlarına qarşı diqqət ummayasan”.(oxu.az)
Oxşar xəbərlər
Tolik OD PÜSKÜRDÜ: "Nə OYUNDAN çıxdığını BİLİRƏM"
Şou Xəbər
Məhv edilmiş hərbçilərin adını oxuyan erməni aparı...
Son Xeberler
Azərbaycanda məşhur aparıcı işdən azad edildi
Son Xeberler
Tolik Qarabağ qazisini təhqir etdi:
Şou Xəbər
"Tolikdən özüm xahiş etdim ki, Əliyə həssas söz de...
Son Xeberler
Əsgərimiz Tolikə cavab verdi: "Sən isti yerində......
Son Xeberler