
ABŞ-Çin ticarət müharibəsi sona yaxınlaşır?

Cenevrədə keçirilən danışıqlardan sonra tərəflərin qarşılıqlı öhdəliklər götürməsi ilə ABŞ və Çin arasındakı ticarət gərginliyi yeni mərhələyə qədəm qoyub. Danışıqların sonunda iki ölkə müxtəlif məhdudiyyətləri aradan qaldırmaqla iqtisadi əməkdaşlığı yenidən qurmağa yönəlmiş razılaşmalara imza atıb. Son aylarda artan gərginlik fonunda əldə olunan razılaşmanın təfərrüatları iki ölkənin ticarət əlaqələrində həlledici rol oynayacaq.
ABŞ Ticarət Nazirliyinin katibi Howard Lutnickin açıqlamasına görə, ABŞ-Çin ticarət müharibəsi sona yetməkdədir. Çin nadir torpaq elementləri tədarük edəcək, bunun müqabilində isə ABŞ bəzi sanksiyaları ləğv edəcək. Bu elementlər yüksək texnologiyalı istehsalatda əsas rol oynayan strateji resurslardandır. Külək turbinlərindən döyüş təyyarələrinə qədər bir çox sahədə istifadə olunan bu mineralların tədarükü uzun müddətdir ABŞ-ın prioritet məsələlərindən biri olub.
Çin Ticarət Nazirliyinin bəyanatında ölkədən ixrac üçün qanuna uyğun müraciətlərin təsdiqlənəcəyi bildirilib. Həmin bəyanatda ABŞ-ın da müqabilində Çinə qarşı bir sıra məhdudiyyətləri aradan qaldıracağı qeyd olunub. Çin tərəfi razılaşmanın iki ölkə arasında anlaşılmazlıqları azaltma, əməkdaşlığı artırma və iqtisadi əlaqələrin sabit inkişafını təmin etmə potensialına malik olduğunu vurğulayıb.
Donald Trump bir neçə gün əvvəl qısa bir açıqlama ilə Çinlə yeni ticarət müqaviləsi imzalandığını elan edib. Açqlamada təfərrüatlar verilməsə də, Lutnickin açıqlamaları ilə razılaşmanın məzmunu aydınlaşıb. Lutnick, ABŞ-ın iyulun 9-dək daha 10 əsas ticarət tərəfdaşı ilə oxşar sazişlər bağlamağı hədəflədiyini də bildirib. Bu prosesdə Hindistan və Yaponiya ilə danışıqlar sürətlənir.
Trump administrasiyası iyulun əvvəlində apreldə dayandırdığı gömrük rüsumlarını bərpa etməyi planlaşdırır. Bu rüsumlar bəzi məhsul qrupları üzrə 50%-ə qədər tarifləndiriləcək. Lakin, razılaşma imzalanmış ölkələr bu tariflərdən istisna ediləcək.
Etiketlər
Oxşar xəbərlər

Vətən Müharibəsi Şəhidi Rövlan Məmmədovun Anası Və...
Bugun.az

Merz ilk dəfə Trampla görüşəcək
Bugun.az

“Sona qədər Azərbaycanın yanındayıq”
Son Xeberler

Buzovnada ticarət mərkəzi yandı
Bugun.az

Trump'ın Seçki Qələbəsi: Türkiyə üçün Nələr Deməkd...
Son Xeberler

İqtisadçı: “Dollar rekord səviyyədə ucuzlaşacaq”
Son Xeberler