
BYD-nin 700 km Məsafə Qət Edən Elektrikli Avtobusu Avropada

Çin istehsalı olan BYD şirkəti Hamburqda keçirilən UITP Zirvəsində yeni B13.b elektrikli avtobus modelini təqdim etdi. Bu avtobus, 700 kilometr məsafə qət etmə qabiliyyəti ilə seçilir.
Şəhər nəqliyyatında və qısa məsafəli şəhərlərarası marşrutlarda istifadə üçün nəzərdə tutulan B13.b, yüksək batareya tutumu, sərnişin daşıma qabiliyyəti və sürətli şarj imkanları ilə Avropa bazarına çıxıb. 2023-cü ildə təqdim olunan tam elektrikli B12 avtobusunun yüksək seqmentinə aiddir.
B13.b, BYD-nin Blade Battery Chassis platformasından istifadə edən ikinci avtobus modelidir. Bu platformada batareya elementləri birbaşa avtobusun şassisinin içərisinə inteqrasiya olunub. "Cell-to-chassis" adlanan bu quruluş, enerji səmərəliliyini artırır.
Avtobusun maksimum batareya tutumu 560 kVt/saat olub, 700 kilometr məsafə qət etməyə imkan verir. 476 kVt/saat tutumlu və 620 kilometr məsafə qət edən versiyası da mövcuddur. Hər biri 150 kVt gücə malik iki ədəd "hub motor" ilə təchiz olunmuş avtobus saatda 100 kilometr sürət inkişaf etdirə bilir.
13,2 metr uzunluğunda olan avtobus 49 oturacaqlı yerə malikdir və ümumilikdə 78 sərnişin daşıya bilir. Həm birtərəfli, həm də iki tərəfli şarj dəstəyi təklif edən B13.b, 192 kVt sürətli DC şarj çıxışı ilə təchiz olunub və lazım olduqda hər iki tərəfdən eyni vaxtda şarj edilə bilir. Bundan əlavə, pantoqraf sistemi vasitəsilə 500 kVt-a qədər yüksək sürətli şarj dəstəyinə malikdir.
Avropada ilk çatdırılmaların nə vaxt başlayacağı barədə hələlik məlumat yoxdur.
Oxşar xəbərlər

Çin istehsalı "Delfin Sörf" Avropada!
Texnologiya xəbərləri

Mazda 6e: 552 km Məsafəyə Sahib Tam Elektrikli Avt...
Texnologiya xəbərləri

Mercedes-dən Günəş Enerjili Boya: Elektrikli Avtom...
Texnologiya xəbərləri

Almaniyada Tesla Satışları 60% Düşdü! Səbəblər Nəl...
Texnologiya xəbərləri

Elektrikli velosiped sağlamlıq üçün faydalıdır?
Son Xeberler

Hyundai-dan İlk Tam Elektrikli Minivan!
Texnologiya xəbərləri