Çin Səs Sürətindən 6 Dəfə Çox Sürətlə Hərəkət Edən Təyyarə Sınadı!
Çin aviasiya sahəsində heyrətamiz bir uğur əldə edib. Çin Elmlər Akademiyasının bir qrupu, səs sürətindən 6.56 dəfə (təxminən 8100 km/saat) sürətlə hərəkət edən hipersonik təyyarə prototipini uğurla sınaqdan keçirib. Bu texnologiya ilə Bakı-Nyu-York arasındakı 13 saatlıq uçuş cəmi 2 saata qısala bilər.
Gobi səhrasında, Ciuçüan Peyk Buraxılış Mərkəzində 2021-ci ildə keçirilən 20 dəqiqəlik sınaqlar, layihənin həssaslığı səbəbindən təxminən iki il gizli saxlanılıb. Layihə rəhbəri Cui Kay, 2013-cü ildə dizaynını ilk təqdim edərkən elmi aləmdə şübhə ilə qarşılandığını, ancaq komandanın əzmkarlığı sayəsində böyük irəliləyiş əldə edildiklərini bildirib.
Cui, hipersonik təyyarələrin inkişafının asan bir proses olmadığını və hələ də həll edilməsi lazım olan ciddi çətinliklərin olduğunu vurğulayıb. Bu çətinliklərə itki sistemləri, material texnologiyaları və təyyarənin struktur dizaynı daxildir. Layihə Çin Milli Təbii Elmlər Fondu tərəfindən dəstəklənir, lakin büdcə ayrılması açıqlanmayıb.
Əvvəllər "Konkord" kimi təyyarələrlə sürətli uçuşlar mümkün idi, lakin hipersonik uçuşlar həm sürət, həm də texnologiya baxımından tamamilə yeni bir səviyyəyə keçidi təmsil edir. Bu texnologiya kommersiya uçuşlarında tətbiq olunarsa, dünyada nəqliyyat vaxtlarını kökündən azalda bilər. Akademiyanın layihənin növbəti addımları, tam miqyaslı bir təyyarənin tikintisi və ya ilk uçuşun nə zaman baş tutacağı barədə məlumat verməyib.
Bu cür texnologiyanın gələcəkdə nəqliyyatın tamamilə dəyişəcəyini düşünürsünüzmü? Hipersonik uçuşlar nə qədər tez gündəlik həyatımızın bir hissəsinə çevrilə bilər?
Oxşar xəbərlər
NTV-nin aparıcısı təyyarə qəzasında öldü
Son Xeberler
İrəvana daha 2 təyyarə sülhməramlı gətirildi
Son Xeberler
İki təyyarə havada toqquşdu
Xəbər Anı
Təyyarə okean üzərində burulğana düşdü - Xəsarət a...
Bugun.az
BMT-nin təyyarəsi qəzaya uğradı
Son Xeberler
Ermənistan 12 döyüş təyyarəsi alır
Xəbər Anı