🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə

Çin Şirkəti Boeing və Airbus'a Rəqib Ola Bilər

12.07.2025 01:03 8 baxış sayı 2 dəq. oxuma
Çin Şirkəti Boeing və Airbus'a Rəqib Ola Bilər

Uzun illərdir sərnişin təyyarələri bazarında hakim olan Boeing və Airbus şirkətlərinin mövqeyinə Çinin COMAC şirkəti ciddi təhdid yaradır. Dövlət tərəfindən dəstəklənən bu Çin şirkəti, xüsusilə son illərdə istehsal etdiyi modellərlə qlobal bazarda nüfuzlu oyunçuya çevrilib.


COMAC-ın ən yeni modeli C919 artıq beynəlxalq aviaşirkətlərinin diqqətini cəlb edib. 2008-ci ildə yaradılan COMAC, əvvəllər istehsal və mühəndislik sahəsində bir sıra çətinliklərlə üzləşsə də, C919 modeli ilə vəziyyət kökündən dəyişib. Qısa məsafəli uçuşlar üçün nəzərdə tutulan ilk modelindən fərqli olaraq, 168 sərnişin tutumu olan C919, Boeing 737 və Airbus A320 ilə birbaşa rəqabət aparmaq üçün dizayn edilib və daha uzun məsafələrə uçuş imkanı verir.


Şirkətin məlumatına görə, bu günə qədər 19 ədəd C919 kommersiya reyislarına çıxıb. İl sonuna kimi daha 30 təyyarənin əlavə olunması gözlənilir və 2026-cı ilədək illik istehsal gücü 50 ədədə çatdırılacaq. Sifarişlərin sayı 1000-dən çoxdur və əksəriyyəti Çin aviaşirkətlərindən gəlir. Lakin, model yalnız Çin bazarında deyil, beynəlxalq miqyasda da maraq doğurur. Avropanın ən böyük aviaşirkətlərindən biri olan Ryanair-in baş direktoru Maykl O’Lirinin də dediyi kimi, C919-un qiymət üstünlüyü, aşağı büdcəli aviaşirkətlər üçün cəlbedici ola bilər. İndoneziya kimi bəzi Cənubi Asiya ölkələri də artıq təyyarənin alınması ilə bağlı danışıqlara başlayıblar.


Paylaş: