🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Hollivudda Bir Zamanlar 2 Gəlir!

03.06.2025 22:03 22 baxış sayı 2 dəq. oxuma
Hollivudda Bir Zamanlar 2 Gəlir!

2019-cu ildə çəkilən və Hollivudun o dövrə alternativ baxış təqdim edən "Hollivudda Bir Zamanlar" filminin davamı yolda! Bu dəfə rejissor kreslosunda Quentin Tarantinonun əvəzinə David Fincher oturub, ssenarini isə yenə Tarantino yazır.


Filmin əsasında Bred Pittin canlandırdığı Kliff But obrazı yer alacaq. "Hollivudda Bir Zamanlar 2"-nin ilk aktyor heyəti də açıqlanıb. Son məlumata görə, Elizabet Debiki və Skot Kan layihəyə qoşulublar. Debiki "Tenet" və "Tac" kimi filmlərlə tanınır, Skot Kan isə "Oceans Eleven" seriyaları ilə geniş tamaşaçı kütləsinə yiyələnib. Gələn günlərdə heyətə yeni adların qoşulması gözlənilir.


Kliffin Hollivud studiyalarının müxtəlif problemlərini həll edən bir şəxs kimi təqdim olunacağı bildirilir. Bu proses ərzində zaman-zaman qaranlıq və boz zonalarda hərəkət etməli olacaq. Əvvəlki məlumatlara görə, birinci filmdə Rik Dalton obrazını canlandıran Leonardo DiKaprionun yeni filmdə qısa müddətli olsa da rol ala biləcəyi şayiə olunurdu. Netflixin DiKapriyoya bu qısa dönüş üçün yüksək məbləğ təklif etdiyi bildirilib. Ancaq aktyorun bu təklifi qəbul edib-etmədiyi hələlik bəlli deyil.


Netflix tərəfindən hazırlanan filmin çəkilməsinin iyul ayında başlaması planlaşdırılır. Çıxış tarixi ilə bağlı hələ rəsmi açıqlama verilməyib.


Paylaş: