🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Yeni Ceyms Bond filmi gəlir! Rejissor məlum oldu

27.06.2025 19:03 15 baxış sayı 2 dəq. oxuma
Yeni Ceyms Bond filmi gəlir! Rejissor məlum oldu

Amazon MGM-in damı altında Ceyms Bond seriyası yeni bir dövrə qədəm qoyur. Növbəti filmdə rejissor kreslosunda Denis Vilnev əyləşəcək. Bu gün rəsmi elan edilməsi ilə Vilnevin yeni Bond filmini çəkəcəyi bəlli oldu.


Uzun müddətdir hazırlıq mərhələsində olan və yeni aktyorla yenidən canlandırılacaq Bond seriyası, bu film ilə tamamilə yeni bir mərhələyə qədəm qoyacaq. Amazon MGM, son illərin ən görkəmli rejissorlarından biri olan Vilnevi layihənin başına gətirərək Bondun yeni dövrünə böyük investisiya yatırıb.


Vilnev əvvəllər "İncendies", "Arrival" və "Blade Runner 2049" kimi tənqidçilər tərəfindən yüksək qiymətləndirilən filmlərə imza atıb. Son zamanlar "Dune" seriyası ilə həm kassada, həm də mükafat mövsümündə böyük uğur qazanıb. Hazırda üçüncü "Dune" filminin hazırlıq işləri davam edir. Rejissorun gələn ilin əvvəlinə qədər bu layihə ilə məşğul olması gözlənilir.


Hollywood dairələrindən alınan məlumata görə, Vilnevin Bond layihəsinə keçidi çox gecikəcək deyil. Yeni filmin çəkilişlərinin 2026-cı ilin əvvəlində başlaması planlaşdırılır. Amazon MGM bu film üçün son zamanlar bir neçə müxtəlif rejissorla danışıqlar aparıb. Edgar Rayt, Edvard Bercer, Conatan Nolan və Pol Kinq də namizədlər arasında idi. Lakin seçim Denis Vilnevin üzərində dayanıb.


Amazon Ceyms Bond seriyasının hüquqlarını əldə etdikdən sonra seriyasının yenilənməsi istiqamətində qəti addımlar atıb. Yeni film ilə həm Bond obrazı, həm də ümumi atmosfer daha müasir və kinomatoqrafik xəttə keçid edəcəyi gözlənilir.


Paylaş: