
NASA-nın büdcəsində böyük kəsintlər

ABŞ prezidenti Donald Trump NASA-nın büdcəsində əsaslı azalmalar elan edib. Agentliyin rəsmi saytında dərc olunan yeni büdcə layihəsinə əsasən, 2025-ci maliyyə ilində NASA-nın büdcəsi 6 milyard dollar azaldılacaq.
Bu kəsintilərin əsas səbəbi, kosmik yarışda Çindən qabaqlamaq məqsədilə Ay səfərlərinə və Marsa insanlı uçuşlara prioritet verilməsidir. Sənədlərdə açıq şəkildə "Ay səfərinə və Marsa ilk insanın göndərilməsində Çini geridə qoymaq" kimi ifadələr yer alır.
NASA administratorı Janet Petro-nun daxili brifinq qeydlərində bir çox irimiqyaslı layihələrin dayandırılması və ya ləğv ediləcəyi bildirilir. Kəsintilərdən SLS raket proqramı, Orion kosmik gəmisi və Ay orbitində tikiləcək Gateway kosmik stansiyası kimi layihələr də təsirlənəcək.
Bundan əlavə, Marsdan nümunələrin Yerə gətirilməsini hədəfləyən Mars Nümunə Qaytarma (MSR) proqramı da büdcə məhdudiyyətləri səbəbindən ləğv ediləcək. Layihəyə görə, NASA-nın ümumi maliyyələşdirməsinin təxminən 25%-i kəsiləcək. Bu kəsiklər agentliyin əməliyyatlarına, qurğu baxımına, informasiya texnologiyaları xidmətlərinə, insan resurslarına və elmi tədqiqatlara birbaşa təsir edəcək.
Trump administrasiyasının yeni kosmik siyasəti özəl sektorla əməkdaşlığın artırılmasını hədəfləyir. Hazırda SpaceX NASA-nın ən böyük tərəfdaşıdır və bu yanaşmanın əsas göstəricisidir.
Oxşar xəbərlər

NASA-dan xəbərdarlıq:
Son Xeberler

Milyarder Astronavt NASA-ya Rəhbərlik Edə Bilər
Texnologiya xəbərləri

Beynəlxalq Kosmik Stansiyada Təcili Xəbərdarlıq: H...
Texnologiya xəbərləri

NASA-nın aparatı Marsda yadplanetlilərlə qarşılaşı...
Son Xeberler

Marsda yeni görüntülər lentə alındı
Bugun.az

24 milyard kilometr məsafədəki “Voyager 1” ilə əla...
Bugun.az