NVIDIA-dan oyun xarakterləri üçün yeni texnologiya: Ultra realistik
NVIDIA rəqəmsal dünyanın sərhədlərini genişləndirməyə davam edir. Bu dəfə şirkət oyun və rəqəmsal media dünyasına yenilik gətirdi. Şirkət Unreal Engine 5 ilə inteqrasiya olunan NVIDIA ACE (Avatar Cloud Engine) adlı yeni bir texnologiya təqdim etdi.
NVIDIA ACE, oyun geliştiricileri üçün realistik və dinamik rəqəmsal xarakterlərin yaradılmasını mümkün edir. NVIDIA ACE ilə adi NPC-lər (oynanmayan xarakterlər) yalnız sabit və təkrarlanan dialoqlar verə bilməyəcəklər, həm də oyunçularla daha interaktiv və ağıllı şəkildə ünsiyyət qura biləcəklər.
Yeni texnologiya ilə xarakterlərin üz ifadələri daha da reallaşacaq. Audio2Face-3D plugini səs girişinə əsasən real vaxtda dodaq sinxronizasiyası və üz ifadələri yarada bilir. Bu, rəqəmsal xarakterlərin daha təbii və ifadəli hərəkət etməsinə imkan verir.
NVIDIA ACE yalnız vizual realizm deyil, həm də təbii dialoqlar təqdim edəcək. RAG (əldə edilmiş məlumatlara əsaslanan generasiya) texnologiyası sayəsində rəqəmsal xarakterlər nitq tarixçəsi və kontekstinə əsasən daha ağıllı və məntiqli şəkildə reaksiya verə biləcəklər.
NVIDIA ACE, həm vizual, həm də interaktiv realizm axtaran oyun geliştiriciləri üçün mükəmməl bir vasitə olacaq. Gələcəkdə rəqəmsal xarakterlər daha ağıllı və real olacaq. Bu barədə nə düşünürsünüz?
Etiketlər
Oxşar xəbərlər
DirectX-də İnqilab: Süni Zəka ilə Qrafika Yeni Səv...
Texnologiya xəbərləri
Dünyanın Ən Böyük Çip Zavodu NVIDIA üçün Təsis Edi...
Texnologiya xəbərləri
Nvidia, Süni İntellekt Devi Run.ai-ni Aldı
Texnologiya xəbərləri
STALKER 2 üçün kompüter sistem tələbləri açıqlandı...
Texnologiya xəbərləri
Dune: Awakening Oyunu Nvidia-nın DLSS 4 Texnologiy...
Texnologiya xəbərləri
MSI-dən RTX 50 Seriyası ilə Yeni Noutbuklar!
Texnologiya xəbərləri