OPPO A5 Pro: 120 Hz Ekran və 6000 mAh Batareya ilə Gəldi!
Smartfon bazarının tanınmış simalarından biri olan OPPO, məhsul çeşidini genişləndirməyə davam edir. Çin brendi, uzun müddətdir gözlənilən OPPO A5 Pro modelini təqdim etdi. Bəs bu model nələr təklif edir?
OPPO A5 Pro, 2412x1080 piksel çözünürlükdə, 120 Hz yeniləmə tezliyinə və 1200 nit parlaqlığa malik 6.7 düymlük əyri AMOLED ekranla təchiz olunub. Bundan əlavə, 2160 Hz ultra yüksək tezlikli PWM karartma texnologiyasına sahibdir. Cihaz MediaTek Dimensity 7300 prosessoru ilə işləyir. 4 nm arxitekturası əsasında hazırlanan bu prosessor, yüksək performans təmin edir.
OPPO A5 Pro, 8GB/12GB LPDDR4X RAM və 256GB/512GB UFS 3.1 yaddaş seçənləri ilə təqdim olunur. 16MP ön kamera və OIS-ə malik 50MP əsas kamera, dərinlik effektlərini artıran 2MP monoxrom sensorla tamamlanır. 6000 mAh batareya və 80W sürətli şarj texnologiyası da cihazın üstünlükləri arasındadır. Su və toza davamlılığı ilə də diqqət çəkir. Qiymətlər isə modelin yaddaş həcmindən asılı olaraq dəyişir.
Qısacası, OPPO A5 Pro güclü texniki xüsusiyyətləri və cəlbedici dizaynı ilə Azərbaycan bazarında öz yerini tapmağa hazırlaşır.
Oxşar xəbərlər
OPPO Find X8 Mini Yolda
Texnologiya xəbərləri
OPPO Reno 13 Pro: Dünyaya Gəldi!
Texnologiya xəbərləri
OPPO Reno 13: Azərbaycan Bazarına Gəlişi Yaxınlaşı...
Texnologiya xəbərləri
OPPO Reno 13 Qlobal Bazara Gəlir!
Texnologiya xəbərləri
2024-cü ilin Ən Uzun Batareya Ömrünə Malik Smartfo...
Texnologiya xəbərləri
OPPO Find N5 və Find X8 Ultra: Bayraqdarlara Rəqib...
Texnologiya xəbərləri