
PlayStation 30 illik yubileyini qeyd edir!

Bu il PlayStation bazarada 30 illiyini qeyd edir! Sony, bu əlamətdar tarixi xüsusi bir veb səhifə ilə qeyd etmək qərarına gəlib. Konsolun buraxılışından bəri böyük populyarlıq qazanan brendə ehtiram əlaməti olaraq yaradılan səhifədə müxtəlif nəsil cihazlar haqqında ətraflı məlumatlar yer alır.
"Köhnə dostlar" yenidən bir araya gəlir: Sony-nin yeni veb səhifəsində brendin tarixində buraxılmış hər PlayStation modelinə, hətta portativ cihazlara da həsr olunmuş bölmələr mövcuddur. Səhifənin sonunda isə bütün modellər, onların buraxılış versiyaları, əlavə aksessuarlar və digər məlumatlar təqdim olunur.
Qeyd edək ki, portalda hər PlayStation nəslinin satılan konsol sayı da göstərilir. Məsələn, 1994-2006-cı illər arasında ilk model 102 milyon ədəd satılıb. Liderlik mövqeyini ələ keçirən PS2 isə 2000-ci ildən bəri 160 milyon nüsxə satıb.
Veb səhifədə, əsas modellərə nisbətən daha az məlumat olsa da, PSP və onun varisi PS Vita (böyük uğur əldə etməsə də) haqqında məlumatlar da yer alır. Bundan əlavə, iki nəsil PS VR, PS5 və Pro versiyası da səhifədə təqdim olunur. Portativ oyun imkanı təklif edən PS Portal da bura daxildir.
Bəs siz Sony tərəfindən yaradılan bu yeni veb səhifə haqqında nə düşünürsünüz?
Oxşar xəbərlər

Dekabr ayında PlayStation Plus-a əlavə olunacaq oy...
Texnologiya xəbərləri

Sony Tarixində İlk: Yeni İdarə Heyəti
Texnologiya xəbərləri

PlayStation 5 Pro'nun Qiyməti Xbox Rəhbərini Narah...
Texnologiya xəbərləri

Sony-nin PlayStation uğrunda verdiyi qızıl qapılı...
Texnologiya xəbərləri

Sony Gizli Şəkildə PlayStation 6-nı Nümayiş Etdird...
Texnologiya xəbərləri

Nintendo Switch Eksklüzivu PlayStation 5-ə Gəlir!
Texnologiya xəbərləri