
Sony oyununda rekord vuruldu!

SHIFT UP şirkəti tərəfindən hazırlanan elmi-fantastika janrında aksiyon-məcəra oyunu "Stellar Blade" ötən həftə PC platformasında satışa çıxarılıb və artıq tarix yazır! Oyun, ilk günlərindən etibarən göstərdiyi performansla Sony-nin PC platformasında ən uğurlu tək oyunçu oyun debütü olaraq tarixə düşüb.
Steam platformasında böyük marağa səbəb olan "Stellar Blade", qısa müddət ərzində geniş oyunçu kütləsinə yiyələnib. İlk həftə ərzində 192.078 eyni vaxtda aktiv oyunçuya çataraq, əvvəlki rekordçu "Ghost of Tsushima"nın (77.154 oyunçu) demək olar ki, üç dəfəsini üstələyib. Bu nəticə ilə Sony-nin PC-yə port etdiyi "God of War", "Marvel's Spider-Man", "Horizon Zero Dawn", "The Last of Us" və "Uncharted" kimi irimiqyaslı istehsalatları geridə qoyub.
Yalnız üç gün ərzində 1 milyon nüsxə satışı ilə oyunun uğuru rəqəmlərdə özünü göstərib. Beləliklə, "Stellar Blade" çoxoyunçulu olmayan oyunlar arasında birinci yeri tutub. 20 mindən çox rəydə "Çox Müsbət" qiymətləndirmə alan oyun, oyunçulardan da müsbət rəylər alaraq güclü bir debüt edib. Çoxoyunçulu oyunlar kateqoriyasında hələ də zirvədə olan "Helldivers 2" (458.709 eyni vaxtda aktiv oyunçu) önündə olsa da, müstəqil bir studiyanın məhsulu olan "Stellar Blade"nin əldə etdiyi uğurun fərqli bir əhəmiyyəti var.
SHIFT UP şirkətinin ilk böyük beynəlxalq layihəsi olan oyun, PC-də texniki cəhətdən də qüsursuz işləyib. DLSS 4 kimi inkişaf etmiş qrafika texnologiyalarından istifadə edilən oyun, həm vizual, həm də optimallaşdırma baxımından müsbət rəylər alıb. Bu uğurla Sony-nin gələcəkdə müstəqil studiyalarla əməkdaşlığını daha da genişləndirəcəyi gözlənilir.
Oxşar xəbərlər

“Qarabağ”dan növbəti rekord
Bugun.az

İtaliya Belçikaya qalib gələ bilmədi, Fransa isə İ...
Bugun.az

"QarabaÄź" - FCSB oyununda ikinci qol vuruldu - Avr...
Bugun.az

Azərbaycan çempionatında yeni rekord
Bugun.az

PS5 Pro ilə Kompüter Arasındakı Təəccüblü Müqayisə...
Texnologiya xəbərləri

Sony Gizli Şəkildə PlayStation 6-nı Nümayiş Etdird...
Texnologiya xəbərləri